Bakının Xəzər rayonunda əxlaqsızlıq yuvası aşkar edilib. Bu barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsindən məlumat verilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Xədicə Əliyevanın evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.