Dəhşətli jurnalist qətlləri

21-08-2014, 13:07   
Dəhşətli jurnalist qətlləriİŞİD-in amerikalı jurnalistin başını kəsməsindən sonra vəziyyət daha da dramatikləşibXəbər verdiyimiz kimi, özünü “İslam Dövləti” adlandıran terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşması ABŞ-dan olan jurnalist Ceymis Foulinin vəhşicəsinə qətlə yetirib. Terrorçular jurnalistin başını kəsiblər və bu dəhşətli səhnəni videoya da çəkiblər. İŞİD bəyan edib ki, bu ABŞ-a ismarışdır. Bununla onlar ABŞ-dan qoşunlarını İraq ərazisindən çıxarmağı tələb edirlər.

İŞİD tələbləri yerinə yetirilməzsə, girovluqda saxladıqları digər amerikalı jurnalisti - “Time” dərgisinin müxbiri Coela Sotloffanı qətlə yetirəcəkləri ilə hədələyib.
Məlumatda o da qeyd olunub ki, Fouli 2012-ci ilin noyabrın 22-də Suriyada itkin düşüb.
İŞİD terrorçuları tərəfindən başı kəsilən jurnalist son sözlərini, “Amerikaya mesaj” məktubunu oxuyub: “Dostlarımı, ailəmi və sevdiklərimi mənim qatilim olan ABŞ hökumətinə qarşı ayağa qalxmağa çağırıram. Mənim bir azdan yaşayacağım şey ABŞ hökumətinin günahlarının nəticəsidir”.

ABŞ hökuməti isə hadisə ilə bağlı heç bir açıqlma verməyib.

Amma bu, dünyada jurnalist qətli ilə bağlı ilk tükürpədici fakt deyil.
Bu ilin yanvarında Jurnalistlərin Memorial Muzeyində 1837-ci ildən 2013-cü ilədək vəzifə borcunu yerinə yetirərkən həlak olan 2 200 insanın xatirəsi anılıb. Muzeyin işçisi Cin Polisinskinin dediyinə görə, bu insanlar təhlükə və verilən qurbanların təcəssümüdür. “Burada filippinli, rusiyalı jurnalistlərin adı yer alır ki, onlar döyülərək öldürülən insanlardır. Biz məlumat yaydığına görə öldürülən bu insanları tanımaya bilərik, lakin onların həyatları bahasına bizi təmsil etdiyini bilməliyik.”

2013-cü ildə öldürülən jurnalistlər siyahısına Malinin üsyançı lideri ilə müsahibə aparan Qislin Dupond və Klod Verlon, Braziliyada yazıları ilə polis rüşvətxorluğunu ifşa edən Rodriqo Neto, Filippində güllə ilə vurulan Fernando Solihon daxildir. Polisinski deyir ki, onlar unudulmamalıdır."Planetimiz boyunca jurnalistlər həyatlarını təhlükə altına qoyaraq bizi məlumatla təmin etməyə çalışır. Biz ümid edirik ki, bu memorial dünyanı bir saniyə düşünməyə, jurnalizmin rolunun nə dərəcədə təhlükəli olduğunu düşündürməyə vadar edir."

Newseumun bildirdiyinə görə, bu il yeni öldürülən jurnalistlərin adlarının açıqlanması tanınmalarından asılı olmayaraq bütün jurnalistlərin təmsili deməkdir. Beynəlxalq jurnalistlərin müdafiə təşkilatları 2013-cü ildə 77 jurnalistin öldürüldüyünü bildirir.
Suriyada iğtişaşlar başlayan gündən indiyə qədər öldürülən jurnalistlərin sayı açıqlanıb. İngiltərədə nəşr olunan “The Independent” qəzetinin araşdırmasına görə, Suriyadakı döyüşlərdə indiyə qədər 65 jurnalistin öldürüldüyü, təxminən 30 jurnalistin isə həbs olunduğu məlum olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.