Rusiya ilin sonuna qədər duruş gətirə bilər

21-08-2014, 13:23   
Rusiya ilin sonuna qədər duruş gətirə bilərBu il ərzində Rusiya Qərblə qarşıdurmaya görə 220 milyad dollar itirib

Qubad Ibadoğlu: «Bu itkilər Rusiya iqtisadiyyatında ciddi problemlər yaradacaq və ölkədə sosial gərginliyi artıracaq»

Rusiyanın Ukraynaya qarşı aqressiyası Kremlə baha başa gəlib. Ölkənin üzləşdiyi sanksiyalar hər ötən ay Rusiyaya milyardlarla dollar bahasına başa gəlir. Ukrayna üzündən Rusiya ilə Qərb arasında qarşıdurmanın ilk altı ayında - 2014-cü ilin birinci yarısında Rusiyadan 75 milyard dollar dəyərində kapital “qaçıb”.

Bunu Rusiya hökuməti özü rəsmən elan edib. Bu, bütün 2013-cü il ərzində ölkədən çıxarılan kapitaldan çoxdur. Sərmayələrlə yanaşı rusiyalıların öz yığımlarını rubldan başqa valyutalara konvertasiya etdiyini nəzərə alsaq, bu rəqəm daha da böyükdür (bizimyol.info). “Foreign Policy” xəbər verir ki, Ukrayna ilə müharibə nəticəsində Rusiyanın maliyyə itkisi dəfələrlə çoxdur. Məsələn, Avropa Mərkəzi Bankı mayda məlumat yayıb ki, 2014-cü ildə Rusiyadan 220 milyad dollar çıxıb. ABŞ prezidenti Barak Obama isə avqustun 6-da bəyan etdi ki, Rusiyandan çıxan sərmayənin həcmi 100 milyard dollardan 200 milyard dollar arasındadır.ÿ

Rusiyanın dövlət büdcəsinin təxminən 400 milyard dollar olduğunu nəzərə alsaq, 220 milyardlıq itki ölkə üçün ciddi fəsadlar yarada bilər. Belə olan halda Rusiya iqtisadiyyatı Qərbin bu cür sərt təzyiqinə nə qədər müddət duruş gətirə bilər?

Iqtisadçı Qubad Ibadoğlu bildirdi ki, 220 milyadr itkinin tərkibində sahibkar və istehlakçıların da itkisi nəzərə alınır. Rusiyada qiymətlərin bahalaşmasından, rublun dəyərinin aşağı düşməsindən həm əhalinin, həm də biznesmenlərin əziyyət çəkdiyini deyən Q.Ibadoğlu vurğuladı ki, bu istiqamətdə proseslər daha da sürətlənir və yaxın zamanlarda istehlakçılar sanksiyaların daha yüksək təsirini görəcəklər: “Hesab edirəm ki, bu itkilər Rusiya iqtisadiyyatında ciddi problemlər yaradacaq və ölkədə sosial gərginliyi artıracaq. Istehlakçıların özlərinin də gözləntisi var ki, qiymətlər daha da bahalaşa bilər. Ona görə ruslar əllərində olan vəsaitləri daha çox mala çevirməyə çalışırlar. Eyni zamanda ölkədə malların qıtlığı yaranır. Biznesmenlərin xaricə mal satmaq, mal gətirmək imkanları daralır. Dövlət büdcəsinin də formalaşmasında çətinliklər yaranacaq”.

Rusiyanın bu cür duruma nə qədər duruş gətirə biləcəyinə gəlincə, Q.Ibadoğlu hesab edir ki, Rusiyanın daxili potensialı dövləti hələ ilin sonuna qədər ayaqda saxlamağa imkan verəcək: “Rusiya ən azı ilin sonuna qədər müəyyən önləyici tədbirlər həyata keçirə bilər. Rusiya iqtisadiyyatının hələ bu imkanları var. Amma proseslərin sonrakı gedişi dünya bazarındakı enerji resurslarının qiymətindən də asılıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar