Ukraynanın cənub-şərqində hadisələr mənfi məcrada inkişaf edərsə, Rusiya Federasiya Şurasının güc tətbiqi icazəsindən istifadə edəcək. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin "Rossiya1" telekanalının efirində bildirib. "Hər an əlimizdə belə bir imkan var. Ancaq əlbəttə, biz bu imkandan istifadə etmək istəməzdik", - o, əlavə edib. Çurkin bildirib ki, ehtiyac yarandığı təqdirdə Rusiyanın öz sülhməramlılarından Ukrayna ərazisində istifadə etmək üçün beynəlxalq hüquqi əsaslara malikdir: "BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı müvafiq normaları var. 51-ci maddə özünümüdafiə ilə bağlıdır. Biz 2008-ci ildə Qafqazdakı münaqişə zamanı bu hüququmuzdan istifadə etmışık".