Türkiyənin məşhur Ulusal kanalı SOCAR-ın Fətullah Gülən şəbəkəsi ilə əlaqəsi barədə bir-birinin ardınca araşdırmalar, süjetlər hazırlayıb.
Aznews.az xəbər verir ki, dünən kanalda yenidən bu mövzuya daha geniş toxunulub.
Proqramda Rövnəq Abdullayevin müavini Xaliq Məmmədovun Gülən şəbəkəsinin aparıcı adamı Məsud Kurnazla işbirliyinə diqqət çəkilib.
İddia olunub ki, SOCAR Azərbaycanda bağlanmış Gülən məktəblərini bərpa etdirməyə çalışır.
Qeyd edək ki, Ərdoğanın səfəri öncəsi Türk mediası SOCAR-ın fəaliyyətini ciddi şəkildə araşdırır.