Hüseyn Məlik: “Müsavat Partiyasından istefa verməmişəm”

22-08-2014, 16:49   
Hüseyn Məlik: “Müsavat Partiyasından istefa verməmişəm”“Müsavat Partiyasından istefa verməmişəm”.

Bunu APA-ya açıqlamasında Müsavat başqanının keçmiş müşaviri Hüseyn Məlik deyib.

H. Məlik bildirib ki, partiyadan istefa verməyib, fəaliyyətini dayandırıb: “Sadəcə, bildirmişəm ki, partiyadakı fəaliyyətimi hələlik dayandırıram. Bundan sonrakı fəaliyyətim Müsavatın qurultayının nəticəsindən asılı olacaq”.

O, Müsavat başqanlığına kimin namizədliyini dəstəklədiyini də açıqlayıb: “Mənim mövqeyim aydındır. Hələ, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısında olarkən demişdim ki, seçkilərdə Qubad İbadoğlunun namizədliyini dəstəkləyəcəyəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.