"Mançester Yunayted" növbəti mövsümün hazırlıqlarına start verib. "Qırmızı şeytanlar"ın ilk hədəfi PSJ-nin ulduzu Edinson Kavanidir. Bu mövsüm uğursuz çıxışı ilə azarkeşlərini məyus edən Mançester klubunun idarəçiləri yeni mövsüm üçün 180 milyon avroluq transfer büdcəsi ayırıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqa klubu uruqvaylı forvarda görə Paris təmsilçisinə 65 milyon avro təklif edəcək. PSJ-nin bu məbləğə müsbət yanaşacağı bildirilir. Fransızlar isə Kavanini satıb, yerinə başqa bir hücumçu almağı hədəfləyib.