Erməni politoloq: “Kreml qələbəmizi planlaşdırmamışdı”

23-08-2014, 12:58   
Erməni politoloq: “Kreml qələbəmizi planlaşdırmamışdı”“Rusiya üçün Qarabağa sülhməramlıların yeridilməsi həyati əhəmiyyət daşıyır”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə erməni analitiki Akop Badalyan çıxış edib. O, Moskvanın regiona nəzarət istəyi ilə konflikti körüklədiyini bildirib:
“Rusiya bilir ki, onun beynəlxalq aləmdən təcrid olunması bir gün Ermənistan üzərində də dominantlığının itirilməsi ilə nəticələnəcək. Moskvanın təsir açarı artıq Qarabağ konflikti deyil. Rusiya Qarabağ konfliktində ermənilərin qələbəsini planlaşdırmamışdı. Konflikt buraya rus sülhməramlılarının gəlişi ilə bitməli idi. Bu mənada Rusiya üçün konflikt bitməmiş qaldı. Moskvanın bütün regiona və Ermənistana təsirinin itməsi Qarabağın sonuncu Bastiona çevrilməsinə səbəb olur. Amma bu konfliktin həlli sülhməramlıların yerləşdirilməsi ilə başa çatacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar