Azərbaycanlılar Gürcüstandan çıxa bilmir

24-08-2014, 11:45   
Azərbaycanlılar Gürcüstandan çıxa bilmirArtıq bir neçə gündür əksəriyyəti azərbaycanlılar olan Rusiya vətəndaşları Gürcüstandan çıxa bilmir və geri qayıtmaq məcburiyyətində qalırlar.

Axar.az-ın əldə etdiyi məlumata görə, belə bir problemin yaranmasına səbəb Gürcüstanla Rusiyanın yeganə quru əlaqəsi olan məşhur Kazbek hərbi nəqliyyat yolunun sel suları nəticəsində yuyulub sıradan çıxmasıdır. Bir müddət Gürcüstana, öz doğma ata-baba yurduna təşrif buyurmuş soydaşlarımızın hazırda nicatı Azərbyacan üzərindən Rusiyaya getməkdir ki, nəticədə onlar əlavə min km məsafə qət etmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Gürcüstandan Rusiyaya iki yol şəbəkəsi üzərindən getmək mümkündür. Birincisi, Cənubi Osetiya ərazisindən, digəri isə - daha təhlükəli - Kazbek magistralı ilə. Məlum avqust hadisələrindən sonra Sxinvalidən hərəkət tam dayandırılıb və sürücülər ikinci varianta üstünlük verirlər. Sıldırım, təhlükəli döngələri ilə tanınan Kazbek yolu da istənilən an dağ uçqunu və ya sel səbəbində bağlanır və beləliklə, Gürcüstanla Rusiyanın quru əlaqəsi kəsilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar