Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünyanı məyus edən məşhurlar: Peyvənddən kimlər imtina edib? –ARAŞDIRMA

17-09-2021, 18:13   


Dünyanı məyus edən məşhurlar: Peyvənddən kimlər imtina edib? – BİZİM ARAŞDIRMA

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib.Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artıq vaksinasiyaya razılıq verib.Qeyd edək ki, Fransada xeyli müddətdir vaksinasiya əleyhinə kütləvi etirazlar keçirilir.
Bir çox ölkədə koronavirusa qarşı peyvənd olunma məcburi hal alıb. Peyvənd olunmaqdan imtina edən şəxslər isə bu cür hallarla üzləşir. Peyvənddən imtina edənlər arasında məşhur simalar da var.
Cebhe.info həmin məşhurları araşdırıb.
*İngilis musiqiçi Markus Birks peyvənd olunmaqdan imtina edib. O peyvəndin virusa təsirsiz olduğunu bildirib. Avqustun sonunda virusa yoluxan müğənni müalicə olduğu xəstəxanda həyatını itirib.
Həyat yoldaşı Lis Birks "İnstagram" hesabında yoldaşı haqqında bunları yazıb:
"Bunu yazarkən hiss etdiyim ağrı dözülməzdir, ürəyim parçalandı, ruhum və dünyam dağıldı. Hər gün körpəmizə onu nə qədər çox sevdiyini, sənin necə özəl bir insan olduğunu söyləyəcəyəm. Söz verirəm".
Ərinin nadir hallarda xəstələndiyini yazan Birks bildirib: "Koronavirusdan narahat deyildi. Çünki çox az hallarda xəstələnərdi. Peyvəndlə bağlı tərəddüdləri vardı. Lakin xəstəxanaya yatırıldıqdan sonra inanmağa başlamışdı".
*ABŞ-ın məşhur radio aparıcısı Bob Enyart da peyvənddən imtina edən məşhurlardandır. Lakin o da COVID-19 səbəbilə həyatını itirib. 62 yaşlı Enyart pandemiya zamanı həddindən artıq peyvənd əleyhinə mövqeyi və açıqlamaları ilə diqqəti çəkib.
Enyart, proqramında "sosial gərginliyi daha da artırmaq və uşaq qatillərinə təzyiq göstərmək üçün" peyvəndi boykot etməyə çağırmışdı. O, şəxsi internet saytında yaydığı açıqlamada "Pfizer", "Moderna" və "Johnson" peyvəndlərini vurdurmayacağına and içmişdi. O, bunu hər üç peyvəndin abortdan alınan körpələrin hüceyrələrində sınaqdan keçirilməsi ilə əlaqələndirmişdi.
*Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe də vaksinasiyadan imtina edənlər sırasındadır. O, bununla bağlı tez-tez sosial şəbəkə hesabından açıqlama verib. Xanım müğənni peyvənd olmamasını şəxsi seçimi ilə əlaqələndirir.
*Koronavirusu "fırıldaqçılıq" hesab edən keçmiş CIA zabiti Robert David Stil də peyvənddən imtina edib.
Lakin o, virusa yoluxaraq həyatını itirib.
76 yaşlı ingilis gitarist, müğənni və bəstəkar Erik Klapton peyvənd sertifikatının məcburi olacağı konsert yerlərində çıxış etməyəcəyini söyləyib.
"Bildirmək istərdim ki, bu peyvənd olunmayan insanlara qarşı ayrı-seçkilikdir. Ona görə də peyvənd sertifkatı tələb olunacaq yerlərdə çıxış etməyəcəyəm", - deyə əlavə edib.
*ABŞ-da peyvəndlərə qarşı çıxması ilə seçilən məşhur radio yayımçısı Mark Berner də koronavirusdan ölüb.
Naibə
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar