Hər kəsi düşündürən sual: Vaksinlər nədən hazırlanır?

17-09-2021, 19:49   


Hər kəsi düşündürən sual: Vaksinlər nədən hazırlanır?

Pandemiya başlayandan vaksinlərin hazırlanma texnologiyaları, tərkibi müzakirə mövzusu olub. Bu baxımdan "CoronaVac" tərkibində "ölü virus" olduğu deyilən vaksindir.
Bəs, digər peyvəndlər orqanizmi həqiqi virusdan qorunması üçün hansı texnologiya üzrə hazırlanır?
Mövzu ilə bağlı Cebhe.info-ya infeksionist Vüqar Cavadzadə danışıb. Həkim vaksinlərin bir- birindən hazırlanma texnologiyasına görə fərqləndiyini deyib:

"Məsələn, Çinin "SinoVac" şirkətinin "CoronaVac" vaksini inaktiv vaksindir. İnaktiv vaksin virusun canlı orqanizmdən alınaraq fiziki, kimyəvi amillərin təsiri ilə öldürülməsi nəticəsində alınır. Fiziki və kimyəvi təsir dedikdə, ultrabənövşəyi şüalar və s. nəzərdə tutulur. Virus bu üsulla öldürülsə də, xəstəliktörətmə qabiliyyəti az da olsa qalır. Yəni antigelli xüsusiyyəti çox güclü səviyyədə qalır. Bu, artıq vaksin deməkdir. Hazırlanmış vaksini orqanizmə daxil edərkən zəif olduğu üçün bədən həmin virusun öhdəsindən daha tez gəlir və antitellər sintez edir. Daha sonra insan həqiqi virusla qarşılaşanda artıq bədəndə hazır antitellər olduğu üçün insan xəstələnmir, yaxud da xəstəliyi yüngül keçirir. İnaktiv peyvəndlərin hazırlanması ənənəvi üsuldur. Ənənəvi üsul dünyada tətbiq olunanlardan biri deməkdir. Yəni bu, sınanmış və tətbiq olunan üsullardan biridir".
İnfeksionist bildirib ki, digər metod "Vektor" metodu, ya da "Vektor texnologiyası" adlanır:
"Bu peyvəndlərə Londonun "Oxford" universitetinin hazırladığı "AstraZeneca", bir də Rusiya universitetinin hazırladığı "SputnikV" vaksini aiddir. Bu texnologiyada virusun antigen hissəcikləri digər bir virusun üzərinə yerləşdirilir. Məsələn, adenavirusun üzərinə. Beləliklə, hazırlanmış vaksin orqanizmə daxil edilir. Adenavirus sadəcə virus hissəciyinin orqanizmə daşınması funksyasını yerinə yetirir".
Vüqar Cavadzadə bildirib ki, həmçinin "RNT matrix" üsulu ilə hazırlanan peyvəndlər də var. Bura da Amerikanın "Pfizer" və "Moderna" vaksini daxildir:
"Bu üsulda virisun RNT hissəciklərindən istifadə olunur".
Şəlalə Babayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.