Dünya koronavirusun əlində aciz qalıb: Pandemiya nə vaxt bitəcək? - RƏY

20-09-2021, 16:27   


Dünya koronavirusun əlində aciz qalıb: Pandemiya nə vaxt bitəcək? - RƏY

Koronavirus yeni sürprizlər ortaya çıxara bilər.
Bu sözləri ABŞ-ın allergik və infeksion xəstəliklər üzrə Milli İnstitutunun direktoru, Birləşmiş Ştatlarda koronavirusa qarşı mübarizə üzrə mütəxəssislər qrupuna başçılıq edən Entoni Fauçi deyib.
Pandemiyanın 2022-ci ilin yazında bitə biləcəyini deyən Entoni Fauçivirusun bütün kartları qarışdırıb, yeni sürprizlər ortaya çıxara biləcəyini də bildirib:
“Fikrimizcə, biz çox dürüst, açıq və ciddi olmalıyıq. Bu virus bizi müxtəlif dalğaları ilə çox aldadıb. Birləşmiş Ştatlarda yayın gəlişindən əvvəl biz gündəlik yoluxma sayını minimuma endirə bilmişdik, amma sonra “Delta” ştammı şəklində böyük sürpriz meydana çıxdı və hər şeyi alt-üst etdi. Ona görə də mən indi dəqiq proqnoz verə bilmərəm ki, gələcəkdə nə baş verəcək. Ümid edirəm ki, pandemiya gələn ilin yazında bitəcək”.
Pandemiya başlayandan sonra dünya alimləri pandemiyanın bitmə tarixi haqqında müəyyən proqnozlar veriblər. Amma hər dəfə verilən proqnozlarda bu müddətin daha bir az uzanacağını görürük. Bəziləri pandemiyanın bitməsini peyvəndləşmədə, bəziləri digər səbəblərdə görüblər.
Maraqlıdır, müasir dünya elmi koronavirusun qarşısında həqiqətən acizdir, yoxsa başqa səbəblər var?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan anestezioloq-reanimatoloq Şahin Məmmədov bu mövzuda səmimi danışmaqdan çəkindiyini deyib:

“Bu mövzuda tam səmimi danışmaq çətindir. Bəzi məsələlər var ki, onları deyəndə qalmaqal yaranır. Hazırda pandemiya ilə mübarizədə təkcə vaksinasiya yox, kompleks tədbirlər görülsəydi pandemiya indi bitmişdir.Düşünürəm ki, bu vəziyyət çox getməyəcək, 2022-ci ilin yazına kimi bitəcək. Çünki vaksinasiya virusun sürətinə təsir edir, azaldır. Amma tək vaksinasiyaya bel bağlamaq olmaz. Kompleks tədbirlər görülməlidir, vaksinin ən effektlisi belə yoluxmanın qarşısını ala bilmir, ancaq ağır xəstəliyin qarşısını alır. Bu da pandemiyanın bitməsini gecikdirir. Virus tam bitmir, yeni ştammlar yaranmağa macal tapır”.
Günay Şahmar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar