Bərdə polisindən Vilayət Eyvazova şikayət

28-09-2021, 09:29   


Bərdə rayon sakini Bəxtiyar Bəxtiyarov Baş prokuror Kamran Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. ANAXEBER.info xəbər verir ki, Bəxtiyar Məcidov müraciətində ona məxsus fermada oğurluq baş verdiyini, müvafiq qurumların isə heç bir tədbir görmədiyini bildirir: "Mənə məxsus fermada bir neçə dəfə oğurluq hadisəsi baş vermişdi. Ona görə də keşik çəkirdik.  Nəhayət 2 sentyabr 2021-ci il tarixdə növbəti dəfə oğurluq baş verəndə bu əməli törədənləri yaxalayaraq sahə rəisinə məlumat verdik. Dərhal hadisə yerinə polis əməkdaşları gəldi. Cinayəti törədənlərin fotolarını çəkib qandallayaraq şöbəyə apardılar. Lakin təəssüf ki, polis heç bir təbdir görmədi. Oğurluq edənlər azadlığa buraxıldı".  Şikayətçi qeyd edir ki, hadisə nəticəsində ona külli miqdarda ziyan dəyib. "Nə maddi ziyan ödənilir, nə də cinayəti törədənlər cəzalandırılır. Bərdə Rayon Polis Şöbəsinin təhqiqat şöbəsinin rəisi İlyas Qurbanov deyir ki, hara istəyirsiz şikayət edin", - deyə Bəxtiyar Bəxtiyarov qeyd edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.