Qlobal istiləşmə dövründə Şimal yarımkürəsində müşahidə edilən şaxtalar rekord həddə çatıb.Hurriyyet.az “The Washington Post”a istinadən xəbər verir ki, qlobal istiləşmə dövründə Şimal yarımkürəsinin böyük bir hissəsində rekord istilər, yanğınlar, daşqın və qasırğalar müşahidə edilib. Lakin Antarktida güclü şaxtalara məruz qalıb. Bu cür hava şəraiti qış aylarında qitənin ən cənubunda müşahidə olunur. Amma 2021-ci fərqli şəkildə yadda qalıb. Belə ki, aprel ayından sentyabra qədər Amundsen -Scott Antarktida stansiyasındakı orta temperatur mənfi 61 dərəcə selsi olub. Bu isə 1957-ci ildən bəri qeydə alınan ən rekord soyuq hava kütləsi hesab edilir. Bu, son 30 ildə müşahidə edilən temperaturdan 4,5 dərəcə aşağıdır.
Elm adamları bu cür soyuq hava kütləsini təəccüblə qarşılayırlar. Çünki planetin qalan hissəsində sürətlə istiləşmə davam edir. BMT mütəxəssisləri isə qlobal istiləşmə səbəbindən planetdəki ekstremal hava şəraitinin tez-tez baş verə biləcəyini təsdiqləyirlər.
Belə bir hava şəraitində uça bilmədiklərini deyən pilotlar şikayətlərini gizlətmirlər: “-50 və -58” dərəcə şaxtada, hidravlikanın donması və yanacağın jele halına gəlməsi riski var” – deyə pilotlar bildiriblər.
Hazırda Antarktidada rekord həddə şaxta müşahidə edilir. Rusiyanın Vostok stansiyasında cümə axşamı temperaturun mənfi 79.4 dərəcəyə düşdüyü müşahidə edilib.
Ancaq hazırkı temperaturu rekord hesab etmək də olmaz. Çünki 1983-cü ilin iyulunda temperatur mənfi 89.6 dərəcəni göstərib.
Bütün bu anomal hadisələr isə Stratosferdəki ozon təbəqəsinə də təsirsiz ötüşmür. Belə ki, 1980-ci illərdə ozonu parçalayan bəzi maddələrin Montreal Protokolu ilə qadağan edilməsindən sonra, ozon qatı tədricən bərpa olunub. Lakin mütəxəssislər yaxın onilliklərdə ozon dəliklərinin ölçüsünün illik dalğalanmalardan təsirlənəcəyini irəli sürüblər.
Antarktidada isə sürətli istiləşmə davam edir. Buzlar nəinki sürətlə əriyir, hətta bu hadisə dənizdə suyun səviyyəsinin yüksəlməsinə də səbəb olur. Oktyabrın 1 –nə olan məlumata görə, Cənub Qütbündə mənfi 67 dərəcə şaxta hökm sürüb, küləyin sürəti isə mənfi 101 m/s -yə çatıb.