Rusiya hərbi sahədə də izolyasiya olunur

27-08-2014, 11:46   
Rusiya hərbi sahədə də izolyasiya olunurVəfa Quluzadə: «Dünyanın heç bir aparıcı ölkəsi Rusiyanı dəstəkləmir və bu ölkənin xilas olmaq şansı yoxdur»

Sentyabr ayının 4-5-də Uelsdə keçiriləcək NATO sammitinə Rusiya dəvət olunmayıb. Baxmayaraq ki, indiyə qədər keçirilən sammitlərdə Rusiya nümayəndəsi də iştirak edib. Hazırkı münasibətlərdə bu, Moskva üçün təəccüblü olmayıb. NATO baş katibi Anders Foq Rasmussen sammitin gündəliyində Rusiya ilə münasibətlərin və Ukrayna ilə əlaqələrin genişləndirilməsinin də müzakirə mövzusu olacağını deyib. Ukrayna ilə bağlı məsələ prezident Petro Poroşenkonun iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, Uels sammiti antiRusiya tədbiri kimi qiymətləndirilir və Rusiyanın dəvət olunmaması da məhz bu amillə bağlıdır.

Xatırladaq ki, NATO-nun Uels sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək.

Onsuz da Rusiyaya siyasi və iqtisadi baxımdan böyük təzyiqlərlə üzləşib. Uels sammitinə dəvət olunmaması isə, Rusiyanın hərbi baxımdan da izolyasiya edilməsi deməkdir.

Ancaq bir sıra ölkələr, o sıradan Azərbaycan Rusiyanı müəyyən məqamlarda çətinlikdən çıxarmağa, nəfəslik rolunu oynamağa çalışırlar. Perspektivdə bu tipli ölkələr hansı reallıqla üzləşəcəklər?

Politoloq Vəfa Quluzadə hesab edir ki, dünyanın heç bir aparıcı dövləti Rusiyanı dəstəkləmir və Putinin xilas olmaq şansı yoxdur: “Rusiya Ukraynaya hücum etməklə, NATO-ya və bütün dünyaya meydan oxudu. Indi də Rusiya Ukraynaya qarşı gizli müharibəni davam etdirir və qarşıdurma gündən-günə artır. Rusiyanın NATO-nun tədbirinə dəvət olunmaması düzgün addımdır. NATO ölkələri Rusiya ilə əsgəri əməkdaşlığı dayandırır və ”soyuq müharibə" qoxusu gəlir. Ona görə də Rusiya üçün böyük təhlükə yaranır və çıxış yolu olmayan dalan görünür. Artıq Rusiyanı heç kim dəstəkləmir. Hətta, Ermənistan da Rusiyaya açıq dəstək verməkdən yayınacaq. Rusiyanı Abxaziya, Osetyia dəstəkləyə bilər ki, bunlar da dövlət deyil və heç bir ölkə onların müstəqilliyini tanımır. Çox təəssüf ki, bəzi adamlar tarixdən dərs götürmür. Yaranmış vəziyyətdə Rusiya üçün heç bir uğur görünmür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar