Ən populyar və zəngin modelyerlərdən biri, 73 yaşlı Roberto Kavalli ABŞ-ın Florida ştatındakı Mayamidə, okean sahilində istirahətdədir.
O, nəvəsi yaşında olan sevgilisi Layna Nilsonla birlikdədir.
Dünya modasına ekzotik printləri, xüsusilə də "leopard dərisi" naxışlarını gətirmiş Roberto Kavalli və onun sevgilisinin əynində "Just Cavalli" brendinin geyimləri vardı.
İtaliyanın Florensiya şəhərində doğulmuş Roberto Kavalli 1970-ci illərdən bəri dünya modasının ən parlaq simalarından biridir.
The Forbes-un məlumatına görə, Roberto Kavalli 40 ildən bəri fəaliyyət göstərən "Just Cavalli" modalar evini 450 milyon avroya Britaniyanın "Permira" investisiya şirkətinə satmaq niyyətindədir.