Cəmil Həsənlidən Ramil Usubova tövsiyə

27-08-2014, 13:26   
Cəmil Həsənlidən Ramil Usubova tövsiyə“Eldəniz Quliyevi məhkəməyə verincə...”

“Eldəniz Quliyevin Ramil Usubov tərəfindən məhkəməyə verilməsini Milli Şuraya qarşı təzyiq hesab edirik”.

Bunu Moderator.az-a açıqlamasında Milli Şura sədri Cəmil Həsənli bildirib. C.Həsənlinin sözlərinə görə, R.Usubov E.Quliyevi məhkəməyə verincə yol polisindəki nöqsanların aradan qaldırılması üçün ciddi addımlar atsaydı, bu, daha məqsədəuyğun olardı:

“Əvvəla, vəzifəli şəxslər tənqidə dözümlü olmalıdırlar. Deyilən fikirləri, tənidi qeydləri müzakirə edib müvafiq tədbirlər görməlidirlər. Azərbaycanda yol polisinin hansı vəziyyətdə olduğu ölkə vətəndaşlarından heç kimə sirr deyil. Bu sahədə islah edilməli, düzəldilməsi gərəkən çoxlu məsələlər var. E.Quliyevi məhkəməyə verənə qədər bu məsələləri yoluna qoymaq lazımdır”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.