Azərbaycan futbolu ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədovun adı qoşa çəkilir. Azərbaycan futbolunun bərbad durumunu nəzərə aldıqda, Elxan Məmmədovun da nə qədər bərbad icraçı olduğu əslində göz önünə gəlməlidir. Futbolun durumuna görə qısa Elxan Məmmədovun fəaliyyətinə qiymət vermək olsa da, Elxan Məmmədovun gördüyü işlərə geniş şəkildə də qiymət vermək olar. Uzun illərdir ki, Elxan Məmmədov Azərbaycan futolunun bəlalısına çevrilib desək yanılmarıq. Dünyada adlı məşqçilərə milyonlar verib, ölkənin milli komandasının nəticələrinə baxdıqda futbol azarkeşlərinin Elxan Məmmədovu hədəfə alması təbii ki, normal qarşılanmalıdır. Müharibədə məğlub olmuş, əhalisi bir neçə dəfə Azərbaycan əhalisindən az olan Ermənistan milli komandasının tutduğu mövqeyə baxın (10 xal), Azərbaycan milli komandasının nəticəsinə baxın (1 xal). İqtisadi baxımdan da, insan resursu baxımından da Azərbaycanın kifayət qədər futbol ölkəsi olmağa haqqı var. Ancaq Elxan Məmmədov və onun kimilər ölkə futbolunu uçuruma aparıb. Elxan Məmmədov son zaman sözdə uşaq futboluna dəstək olmaq üçün stadionlar açır, uşaqlara forma hədiyələr edir. Ancaq nə himətdirsə, ölkədə uşaq futbolu anlaışı demək olar ki, yoxdur. Elxan Məmmədov bəlkə də dünyada olmayan futboldan ən çox pul qazanan şəxslərdəndir. hər il 100 min manat büdcəsi olan Top festivalı, Berlində açılan, illik büdcəsi 500 min avro olan futbol məktəbi, "Caspian Cup". Araşdırmalar zamanı məlum olur ki, İspaniyada milli komanda və bir Azərbaycan klubu eyni ildə, eyni oteldə, eyni müddətdə qalıb və təlim-məşq toplanışı keçib. Bunun üçün klub 68 min avro, milli komanda isə 127 min avro ödəyib. Milli komanda niyə iki dəfə artıq pul xərcləyib? Bu necə ola bilər? Demək ki, digər qurumlarda olduğu kimi, AFFA-da da qiyməti bir neçə dəfə vurulur, şişirdilir və ödəniləcək pul ELxan Məmmədovun cibinə gedir. Elxan Məmmədov Azərbaycan futbolu tamamilə monopiliyaya alıb. Futbolla bağlı ağlınıza gələn, gəlməyən hər şeyə Elxan Məmmədovun rhbərlik etdiyi şirkətlər baxır. Elxan Məmmədovun illər əvvəl yaratdığı, adını və idarəçilərini tez-tez dəyişdiyi «Agrosport» stadionlar və qolf meydançalarının tikintisi, futbol meydanlarının yenidən qurulması, ictimai yerlər və şəhərətrafı ərazilərdə dizayn işləri yerinə yetirilməsi, o cümlədən, eksklüziv landşaft dizaynının işlənib hazırlanması, rulonlu qazon və əkin materiallarının istehsalı və satışı üzrə ixtisaslaşıb. Elxan Məmmədov 2007-ci ildən - düz 14 ildir AFFA-nın Baş katibidir. 14 il ərzində Azərbaycan futbolunun, milli komandasının bir dənə də uğuru yoxdur. Ancaq Elxan Məmmədovun çox ciddi uğurları var. Azərbaycan futbolunun uğursuzluğundan milyonlar əldə edib, sözün əsl mənasında oliqarx olub. Elxan Məmmədov yalnız göstəriş üçün, şou xətrinə uşaqlara top alır, forma hədiyyə edir. Elxan Məmmədovun futbol adına bildiyi və bacardığı tək şey məhz budur. Maraqlıdır, görəsən Elxan Məmmədov uşaqlara hədiyyə etdiyi o toplar, formalar üçün nə qədər pul silib? Elxan Məmmədovun bir futbol topu sənədləşmədə bir raket qiymətinədir. Beləcə ölkədə nə futbolçu yetişir və ölkə futbolu inkişaf edir. Normalda bir insanın işinin nəticəsinə baxıb, onun vəzifədə saxlanılmasına qərar verilməlidir. Elxan Məmmədov hansı uğuruna görə 14 ildir bu postu tutur? AVRO-2020-nin keçirildiyi ölkələrədn biri də Azərbaycan idi. Azərbaycan futbolundan danışmağa söz tapmayan Elxan Məmmədov pivədə danışmağa başladı. Bir neçə dəfə açıqlamasında “İngilislərə pivə satışından xərci çıxaracağıq” demişdi. Futbolun inkişafından danışmalı olan şəxs pivə "dequstator"luğu edərək, "Bakıda pivə keyfiyyətlidi və Uelsdəkindən ucuzdu" deyirdi. Pivə dequstatorunun Azərbaycan futboludan məsul olması hansı mənqitə sığır anlamaq olmur. Əslində Elxan Məmmədov xərci pivə satmaqdan çıxaracağıq dedikdə, futbola qazanc yeri baxdığını tam ortaya qoymuş olurdu. Azərbaycanda futbol yoxdur, uşaq futbolu doğulmamış ölür, stadionlar bərbad gündədir, regionlarda futbol adına heç nə yoxdur, Azərbaycanda futbol adına yalnız və yalnız top-top oyunu var. Elxan Məmmədovun fəaliyyəti nəticəsində Azərbaycan futbolu top-top oyununa çevrilib. Dünyada futbol həm də bir siyasətdir. "Qarabağ" klubunun Çempionlar Liqasındakı uğuru 30 il Azərbaycan diasporunun gördüyü işdən min qat artıq effektli olmuşdu. Azərbaycan dövləti futbolun inkişafını istəyirsə, Elxan Məmmədova qapını göstərib, topunu götür, get başqa yerdə oyna deməlidir. Yoxsa, Azərbaycanda futbol adına heç nə olmayacaq.