Müsavatın təşkilat sədri saxlanıldı: Göygöl Polis İdarəsi faktı inkar edir

27-08-2014, 13:51   
Müsavatın təşkilat sədri saxlanıldı: Göygöl Polis İdarəsi faktı inkar edirGöygöl təşkilatının sədrindən 2 saatdır ki, xəbər yoxdur
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə həbs edilib. Keçən bu müddət ərzində hələ də ondan xəbər yoxdur.
Hüquq müdafiəçisi, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru Elşən Həsənov Göygöl Polis İdarəsi ilə əlaqə saxlayıb. Lakin Göygöl polisi Subatay Quluzadə adlı şəxsin idarədə olmadığını bildirib:
“Polis İdarəsi ilə əlaqə saxladım. Mənə dedilər ki, ümumiyyətlə, Subatay adlı şəxs bu gün saxlanılmayıb. Təkidlə onun həbsinin doğru olduğunu bildirsəm də, inkar etdilər. Hazırda bununla bağlı aidiyyatı orqanlarla əlaqə saxlamağa çalışırıq”.
Bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə həbs edilərək, polis idarəsinə aparılıb.

Onun saxlanılmasının səbəbləri məlum deyil. Artıq 2 saata yaxındır ki, onun telefonuna zəng çatmır.

Bu barədə musavat.com-a məlumatı Müsavat Divanının üzvü Tural Abbaslı verib.

O, bildirib ki, Subatay Quluzadə sonuncu dəfə polis idarəsinin önündən zəng vurub: “Neçə vaxt idi ki, Subatay bəy davamlı olaraq, polis idarəsinə çağırılırdı. İzahatlar alınıb, buraxılırdı. Bu gün isə yenidən idarəyə dəvət olunub. Ehtimal var ki, həbs ediləcək. Sonuncu dəfə 2 saat öncə zəng vurmuşdu. O zamandan əlaqə saxlamaq mümkün deyil. Telefonunu qardaşına verəcəyini demişdi. Görünür, imkan verməyiblər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.