Bu məmurların dövlətə olan borclarının siyahısı açıqlandı – Ödəmirlər...

20-10-2021, 14:58   


Vaxtı ilə Azərbaycanada yüksək vəzifə sahibi olan sabiq məmurların və eyni zamanda da hazırda yüksək postlarda əyləşən şəxslərin ailə üzvləri tərəfindən onlarla şirkət təsis olunub.
Bu şirkətlərin rəbərləri bir çox hallarda məmur yaxınlarının himayəsindən yararlanaraq böyük gəlirlər əldə ediblər.
Lakin, böyük gəlirlər əldə etmələrinə baxmayaraq dövlət büdcəsinə ödəməyə borclu olduqları vergiləri vaxtında ödəməyiblər.
Vergilərini vaxtında ödəməyən şirkətlərin bəzilərini təqdim edirik:
- Prezident Adminstrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən Ramiz Mehdiyevin həyat yoldaşı, BDU-nun professor Mehdiyeva Qalina Yuriyevnanın da təsisçi olduğu  “Fireland Vineyards” MMC –nin (VÖEN- 1301263921) dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu var.
- 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunan və onun yaxın qohumları tərəfindən idarə olunan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin (VÖEN- 1600019501) hazırda dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 529 min 324 manat 92 qəpik vergi borcu var.
- Uzun illər Vergilər naziri Fazil Məmmədovla adı ilə birgə hallanan Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Synergy Group” MMC-nin (VÖEN- 1701078891) dövlət büdcəsinə 26 min 771,56 manat vergi borcu var. Hazırda  “Synergy Group” MMC –yə Binəqədi rayonunun sabiq İcra başçısı Xaləddin İsgəndərovun oğlu, eyni zamanda da sabiq nazirin bacısı oğlu Elnur Xaləddin oğlu İsgəndərov rəhbərlik edir.
- Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus olduğu bildirlən “GALS” MMC (VÖEN- 1701354961 ) və “SQ-Future” MMC-nin (VÖEN-1700495641) dövlət büdcəsinə 16 min manatdan çox vergi borcu var. “GALS” MMC-nin 17 min 227 manat 96 qəpik, “SQ-Future” MMC-nin isə 4 min 38 manat  vergi borcu var.
“GALS”-ın sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəs, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarət olduğu deyilir. 
- Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkovun təsisçisi olduğu “Keystone” MMC-nin (VÖEN: 1302308941) dövlət büdcəsinə 539 min 608 manat 16 qəpik vergi borcu var.
- “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən təsis olunan  “Gazelli Group” MMC-nin də (VÖEN: 1401571551) dövlət büdcəsinə 83 min 305,16 manat vergi borcu var.
- Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərə rəhbərlik edən Cəmil Tahir oğlu Muradovun direktor olduğu “Vita Farm TN” MMC –nin (VÖEN: 1401565291) dövlət büdcəsinə 15 min 195,94 manat vergi borcu var. Uzun illərdi mətbuatda Cəmil Muradovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu (xalası oğlu) olduğu barədə məlumatlar yayılır və bu məlumat bugünə kimi təkzib olunmayıb. \\Yeniavaz.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar