Tanınmış müğənni Sofiya Rotaru xəstəxanaya yerləşdirilib. Rusiya mətbuatı xəbər verir ki, müğənni Ukraynanın tərk edib və hazırda Almaniyada müalicə alır.
Qohumları müğənninin səhhətinin qaydada olduğunu iddia etsələr də, Ukrayna mətbuatı əksini yazır.
"Sofiya Mixaylovanın səhhəti qaydasında deyil. O, Almaniyada müalicə alır. Ukraynaya isə mayın 10-dan sonra qayıdacaq.
Qeyd edək ki, müğənni ağciyər xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də o, Yaltaya köçüb. Dəniz havası onun sağlamlığı üçün xeyirlidir.