“Qrişa Sərkisyanın oğlu Karen Sərkisyan öz qəşəng evinin qapılarını bağladı və ailəsiylə birgə Dağlıq Qarabağa köçdü”.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti məlumat yayıb. Karen Sərkisyan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın mühafizəsinin rəhbəri Qrişa Sərkisyanın oğludur.
Qəzetin məlumatına görə, Karen Sərkisyana Dağlıq Qarabağ separatçıları vəzifə verib və o, hazırda ailəsi ilə birgə “Ermənistan” otelində yaşayır.