Rəqqas güllələndi, şəhər qarışdı

25-04-2014, 15:24   
Rəqqas güllələndi, şəhər qarışdı
Braziliya yayda futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır.
Lakin ölkənin ən böyük şəhəri Rio-de-Janeyroda ara qarışıb.

El Mundo bildirir ki, ölkənin tanınmış rəqqaslarından biri, "Globo" telekanalındakı şoularda iştirakı ilə məşhurlaşmış rəqqas, 25 yaşlı Duqlas Rafael da Silva Pereyra güllələnib. Onun qatillərinin kimliyi, qətlin səbəbi bilinmir.

Pereyranın güllələnməsi xəbəri yayılandan az sonra Rio-de-Janeyronun ən böyük fevelalarından, yəni yoxsulların yaşadığı gecəqondu məhəllələrindən biri olan Pavao-Pvajinyuda iğtişaşlar başlayıb.

Aksiyaları dağıtmaq üçün favelaya xüsusi təyinatlı polis dəstələri yeridiləndə isə asayiş keşikçiləri ilə yerli sakinlər arasında atışmalar başlanıb.
Favelada iğtişaşlar hələ də davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.