Hökumət 6, iqtisadçılar 20 faiz inflyasiyadan danışırlar
18-01-2022, 11:11
2021-ci ildə Azərbaycanda rəsmi açıqlanan inflyasiya 6.7 faiz olub. Bu barədə bu gün, yanvarın 17-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Qurumdan vurğulandığına görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8.1, qeyri-ərzaq məhsulları 5.1, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 5.8 faiz bahalaşıb. DSK-mın açıqlamasına görə, 2021-ci ilin dekabrında inflyasiya 1.6 faiz, əvvəlki ilin dekabrına nisbətən isə 12 faiz təşkil edib.
İqtisadçı: “20 faiz civarında olub”
İqtisadçı Rəşad Həsənov isə hesab edir ki, rəsmi açıqlanan rəqəmlər real vəziyyətlə uzlaşmır. Onun sözlərinə görə, qiymət artımı daha yüksək olub: “Bizim hesablarımızla ərzaq və gündəlik tələbat məhsullarının qiymətlərində 2021-ci ilin dekabrı ilə 2020-ci il dekabrı arasında 18.5 faiz fərq var. Ümumi olaraq bir il ərzində inflyasiya səviyyəsi 20 faiz civarında olub”. Azadlıq radiosu