Ukrayna Müdafiə Nazirliyinin binasının qarşısında mitinq başlayıb.
Aksiya iştirakçıları prezident Pyotr Poroşenkonun istefasını tələb edirlər.
Virtualaz.org saytı UNİAN agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları Nazirlər Kabinetinə ölkədəki iqtisadi vəziyyəti düzəltmək üçün bir həftə vaxt vermək təklifini irəli sürüblər. Əks halda hökuməti də istefa verməyə çağırıblar.
Aksiya iştirakçıları Donbasda həyata keçirilən antiterror əməliyyatının bütün rəhbərlərinin dəyişdirilməsini, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının İlovayskdakı hərbçilərə yardım göstərməsini, habelə müdafiə naziri Valeri Geleteyin istefasını tələb edirlər.