Suriyada müxalif qruplarla vuruşan İraq Şam İslam Dövləti (İŞİD) bir komandiri çarmıxa çəkib.
Axar.az xəbər verir ki, Suriyanın Deyr əz-Zor şəhərində İŞİD “Nüsrət” cəbhəsinin komandirlərindən olan Əbu Cəfər əl-İraqini çarmıxa çəkərək edam edib.
Xatırladaq ki, şəhərin böyük hissəsini öz nəzarəti altında saxlayan İŞİD on gün əvvəl yenə həmin şəhərdə “Nüsrət” cəbhəsindən olan komandiri və Şəriət komissiyası başçısını eyni üsulla öldürmüşdü.