Günəşdə müşahidə edilən ən böyük ani partlayış qeydə alınıb.
“Solar Orbiter” kosmik gəmisi baş vermiş hadisənin görüntülərini çəkib.
Günəşdəki partlayış milyonlarla kilometr uzağa yayılıb. Lakin meydana gələn kütlə Yerə doğru istiqamətlənməyib.
Alimlər bildirirlər ki, bu kütlələr Yerə doğru hərəkət edərsə, peyklərə, elektrik xətlərinə və digər mühüm infrastruktura zərər verə bilər.