Bill Qeytsin yeni virus planları – Xəstələri kor edən unudulmuş epidemiya yenidən baş qaldıracaq?

21-02-2022, 13:58   



Bill Qeytsin yeni virus planları – Xəstələri kor edən unudulmuş epidemiya yenidən baş qaldıracaq?
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, koronavirusun ortaya çıxmasının ardından barəsində müxtəlif şayiələr dolaşan Bill Qeytsin yeni virusla bağlı açıqlaması insanlar arasında panikaya səbəb olub.
2015-ci ildə dünyanın koronavirusla bağlı epidemiya ilə üzləşəcəyini söyləyən və bu proqnozu doğru çıxan Bill Qeyts indi də koronavirusdan sonra dünyanın qarşılaşacağı yeni virus təhdidini diqqətə çatdırıb.
CNBC kanalına müsahibə verən Qeyts deyib: “Daha bir epidemiya ilə qarşılaşacağıq. Gələn dəfə fərqli bir patogen ( xəstəlik törədici mikroorqanizm – red.) olacaqdır”.
Bəzi mütəxəssislər Bill Qeytsin barəsində danışdığı ölümcül virusun çiçək virusu olduğunu iddia edirlər. Çünki Bill Qeyts bundan iki ay əvvəlki müsahibəsində bu xəstəliyin adını açıqlamışdı. O, dünyanın çiçək xəstəliyi ilə üzbəüz qala biləcəyi barəsində xəbərdarlıq eləmişdi.
Həmçinin, onun səhmdarı olduğu “Qeyts fondu”nun son aylarda çiçək peyvəndinə ciddi investisiyalar qoyması da diqqəti cəlb edib.
Çiçək xəstəliyi illər əvvəl dünyada ciddi problemlərə səbəb olmuş və kütləvi peyvəndləşmə nəticəsində dünyada yoxa çıxmış bir xəstəlikdir. Ənənəvi şiçək peyvəndi məktəb yaşında edilir və qolda iz buraxır. Hazırda ona alternativ olaraq MRNA çiçək peyvəndinin istehsalına başlandığı iddia edilir.
Müasir dövrdə “təbii çiçək” virusu dünyada kökü kəsilmiş 7 yoluxucu xəstəlikdən biri hesab edilir.
Çiçək xəstəliyi ən pis xəstəliklərdən biri idi. Bu xəstəliyə yoluxmuş insanın bədəni yaralarla örtülürdü, sağalmaq şansı isə çox az idi, sağalandan sonra xəstənin bədənində yara izləri qalırdı, ağır hallarda insan görmə qabiliyyətini itirirdi. Bu xəstəliyin peyvəndi XVIII əsrdə ingilis həkimi Edvard Cenner tərəfindən icad edilib, XX əsrin II yarısında planetimizdə xəstəliyə tam qalib gəlinib.
Hürr Tərcüman
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.