“NƏTİCƏLƏR RUSİYA ÜÇÜN FƏLAKƏTLİ OLACAQ” - Tanınmış rusiyalı politoloq

24-02-2022, 13:27   




“Heç kim rasional cavab verə bilmir ki, bu müharibə nəyə lazım idi”
Artıq Rusiyanın Ukraynaya müdaxiləsilə bağlı müxtəlif tanınmış politoloqların dəyərləndirmələri səslənməkdədir.
“AzPolitika.info” xəbər verir ki, tanınmış rusiyalı politoloq Kirill Roqov Rusiya mətbuatına açıqlamasında bu müharibənin Rusiyaya fəlakətlər gətirəcəyini deyib: “Bu əməliyyat 2 ay idi ki, hazırlanırdı. Beynəlxalq hüquq baxımından Rusiyanın hücum üçün heç bir haqqı yox idi. Hücum bəhanəsi olaraq başqa ölkənin öz ordusunu silahlandırmasını göstərmək doğru deyil. Eyni məntiqlə istənilən ölkəyə, həmçinin Rusiyaya da hücum etmək olar. Bu, Rusiya üçün fəlakətli iqtisadi nəticələr verəcək. Putinin dediyi hədəflərə nail olunmayacaq, əksinə NATO Rusiya sərhədlərinə daha da yaxınlaşacaq və Rusiya zəifləyəcək. Artıq Rusiya birjasında ticarət dayandırılıb, çünki səhmlər sürətlə ucuzlaşır. Əsas məsələ Avropanın hansı sürətlə Rusiya enerji daşıyıcılarından imtina etməsidir. Buna nail olduqdan sonra Rusiya heç vaxt olmadığı qədər zəifləyəcək. Heç kim rasional cavab verə bilmir ki, bu müharibə nəyə lazım idi? Ukrayna hərbi strukturunun məğlub edilməsi, Ukraynanın geri çəkilməsi və tutaq ki, NATO-ya müvəqqəti olaraq qoşulmaması və demilitarizasiyası ilə yekunlaşacaq. Lakin Rusiya iqtisadiyyatına dəyən zərbələrdən sonra bu nailiyyət mənasını itirəcək. Real iqtisadi problemlər başlayandan sonra Rusiya əhalisindəki siyasi patriotizm eyforiyası bitəcək və başqa hisslər baş qaldıracaq. Bu savaşdan Rusiyanın uduşu olmayacaq. Bu, insan fəlakətilə yanaşı, Rusiya üçün iqtisadi fəlakət olacaq”.
C.Məmmədov
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar