Bu fikirləri ölkədə Rusiya rublunda bütün nağd, nağdsız və kross konvertasiya (alış/satış), o cümlədən, müştərilər tərəfindən cari hesablara Rusiya rublunda nağd mədaxil əməliyyatlarının aparılmasına, qadağa qoyulmasının səbəblərini dəyərləndirən iqtisadçı
Əkrəm Həsənov Yenicag.az-a deyib.
Onun sözlərinə görə, hazırda Rusiya rublunun kəskin şəkildə dəyər itirməsi Azərbaycanda belə bir qərarın qəbul edilməsini şərtləndirib:
“Nəzərə almaq lazımdır ki, Azərbaycanın maliyyə sistemi və Mərkəzi Bankı, həmçinin özəl bankları üçün dollarla avrodan başqa ekvivalent yoxdur. Bu banklar bütün valyutaların məzənnəsini dollar və avro əsasında müəyyənləşdirirlər.
Yəni hətta rubl-manat mübadiləsində əsas müəyyənedici faktor kimi yenə də dollar çıxış edir. Hazərda isə rublun dollara münasibətdə dəyəri olduqca qeyri-müəyyəndir.
Buna görə də, hazırda bizim banklar rublu manata dəyişməkdə çətinlik çəkirlər. Onu da qeyd edim ki, bu, əslində, bizim bankların öz problemidir. Yəqin ki, indi Rusiya Mərkəzi Bankının rublla bağlı problemi necə həll edəcəyini, bu yöndə hansı addımı atacağını gözləyəcəklər”.
A.Zeynalov