Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinin bütün planları uğursuz olduğu təqdirdə, o, nə edəcək? - ŞƏRH

23-03-2022, 18:04   




"Mənim Kremldə gizli mənbəm yoxdur.
Bütün nəticələr Putinin Yaxın Şərqdə necə davrandığına dair şəxsi uzunmüddətli müşahidələrdən irəli gəlir".
Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist, üç dəfə "Pulitserov" mükafatı laureatı Tomas Fridman danışıb.
"Ona görə də mənə aydındır ki, Putin A planının iflasa uğradığını anlayaraq (və o, Rusiya Ordusunun Ukraynaya girəcəyini, onun “nasist” rəhbərliyinin "başını kəsəcəyini", sonra isə sadəcə olaraq, ölkənin sülh yolu ilə Rusiyanın əlinə keçməsini gözləyəcəyini gözləyirdi). B planına keçdi", - deyə Fridman bildirib.
O qeyd edib ki, B planının mahiyyəti ondan ibarətdir ki, Rusiya Ordusu ukraynalıları evlərini tərk etməyə məcbur etmək üçün ukraynalı mülki şəxsləri, evləri, xəstəxanaları və hətta bomba sığınacaqlarını qəsdən atəşə tutur.
"Bütün bunlar son bir neçə həftə ərzində baş verib. Bu, Ukrayna daxilində və daha da önəmlisi, qonşu NATO-ya üzv ölkələrdə böyük bir qaçqın böhranı yaradıb. Mən güman edirəm ki, Putin düşünür ki, əgər o, bütün Ukraynanı hərbi yolla işğal edib saxlaya bilmirsə və sadəcə olaraq öz sülh şərtlərini tətbiq edə bilmirsə, ən yaxşı çıxış yolu 5-10 milyon ukraynalının, xüsusilə qadınların, uşaqların və qocaların Polşaya qaçmasıdır, həmçinin Macarıstan və Qərbi Avropaya. Bu, o qədər ağır sosial və iqtisadi yükdür ki, buna görə NATO ölkələri Putinin müharibəyə son qoyması üçün, eyni zamanda istənilən şərtlərlə razılaşmaq üçün Zelenskiyə təzyiq göstərəcəklər", - o izah edib.
Fridman hesab edir ki, bu plana görə, diktatoru güman edir ki, Rusiya nefti, qazı və buğdasına ehtiyac, habelə İranla nüvə sahəsində razılaşma tezliklə dünyanı “pis Putin”lə biznes yaratmağa məcbur edəcək və bu, o deməkdir ki, Putinin B planı, deyəsən işə yarayır.
Qeyd edək ki, hələ martın 20-də "France-Presse" xəbər agentliyi:
“Müharibə başlayandan bəri 3,3 milyondan çox qaçqın Ukraynanı tərk edib. BMT-nin məlumatına görə, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır. Digər 6,5 milyonu isə məcburi köçkündür”, - deyə yazmışdı.
Məqalədə daha sonra deyilir:
“Böyük Britaniya Müdafiə Nazirliyi martın 19-da axşam saatlarında kəşfiyyat brifinqində bəyan edib ki, Ukrayna öz hava məkanını effektiv şəkildə müdafiə etməyə davam edir. Qısa məlumatda deyilir ki, Rusiya “əməliyyat yanaşmasını dəyişmək məcburiyyətində qalıb və indi məhvetmə strategiyası həyata keçirir”.
Bu, çox güman ki, atəş gücündən fərq qoymadan istifadəni əhatə edəcək, bu da mülki əhalinin itkilərinin artmasına, Ukrayna infrastrukturunun məhvinə və humanitar böhranın şiddətlənməsinə səbəb olacaq”, -mənbə yazmışdı.
Bildirək ki, “The Washington Post" isə yazıb ki, martın 18-də Rusiya Prezidenti Vladimir Putin iqtisadi görüşdə çıxış edərkən, deyəsən, ölkənin üzləşdiyi problemləri etiraf edib. O, "genişmiqyaslı sanksiyaların iqtisadiyyatımızda dərin struktur dəyişiklikləri gətirəcəyini" deyib, lakin Rusiyanın iqtisadi "blitskrieg" etmək cəhdlərinin” öhdəsindən gələcəyinə söz verib.
Putin əlavə edib: “İndi bizim üçün çətindir. Rusiya maliyyə şirkətləri, iri müəssisələr, kiçik və orta bizneslər görünməmiş təzyiqlərlə üzləşirlər...”
Fridman şərh edərkən vurğulayıb ki, Putin tam qələbə istəyir, bunun əksi onun hakimiyyətini sarsıdacaq bir alçaqlıq olacaq:
"Lakin Putinin B planı Bayden və Zelenskinin A planı ilə toqquşdu. Çünki Bayden və Zelenskinin A planı Rusiya Ordusunu əzmək və ruhdan salmaq, sonra Putini Zelenskinin şərtləri ilə sülh sazişinə razılaşmağa məcbur etməkdən ibarətdir. Rusiya qoşunlarının bütün vəhşiliyinə və bombardmanlarına baxmayaraq, Zelenski ağıllı şəkildə hələ də diplomatik qapıları açıq saxlayır, daim Putinlə danışıqlarda israr edir, qüvvələrini və xalqını bir araya gətirir", - deyə o bildirib.
Qeyd edək ki, martın 20-də “The Times” yazıb ki, analitiklərin və ABŞ rəsmilərinin fikrincə, üç həftədən çox davam edən aktiv hərbi əməliyyatlardan sonra Ukraynada müharibə dalana dirənib:
"Bununla belə, Rusiya yalnız marjinal irəliləyiş əldə edib və getdikcə daha çox mülki əhalini hədəf alır. Ukrayna qüvvələri Rusiyanın ilk hücumunu darmadağın edib. Rusların Kiyevi və ya Xarkov və Odessa kimi digər böyük şəhərləri tutmaq üçün kifayət qədər canlı qüvvəsi və texnikası yoxdur”, - mənbə yazıb.
"Baydenin Putini müharibədən əl çəkmək üçün açıq şəkildə xəbərdar etdiyi planı Rusiyaya qarşı görünməmiş iqtisadi sanksiyaların tətbiqi və Rusiya iqtisadiyyatını məhv etmək idi. Baydenin strategiyasına Ukraynaya silah göndərmək də daxildir. Müvəffəqiyyət, çox güman ki, Baydenin gözləntilərini üstələdi, çünki planı könüllü olaraq Rusiyadakı fəaliyyətini dayandıran yüzlərlə xarici şirkət artırdı.
Rusiya fabrikləri indi Qərbdən mikroçip və digər lazım olan xammalı ala bilmədiklərinə görə bağlanmağa məcburdurlar. Rusiya daxilində və xaricində hava səyahətləri azalır, çünki onun kommersiya təyyarələrinin çoxu faktiki olaraq İrlandiya lizinq şirkətlərinə məxsus idi və "Airbus" və "Boeing" tamamilə Rusiyaya xidmət etməyəcək. Minlərlə gənc rus müharibənin əleyhinə səs verir və sadəcə olaraq ölkəni tərk edir", - Fridman izah edib.
O qeyd edib ki, Putinin C planı Polşa sərhədləri boyunca ukraynalı hərbçiləri hava və raket zərbələrinə məruz qoymaq olacaq: "Putin hesab edir ki, Polşa NATO üzvü olaraq NATO -dan kömək istəyəndə NATO bundan imtina edə bilər və bununla da NATO süquta uğrayacaq", - deyə Fridman əlavə edib.
Fridman söhbətinin sonunda bildirib: "Putinin A, B və C planları uğursuz olarsa, qorxuram ki, o, küncə sıxılmış heyvan kimi D planını seçə bilər - ya kimyəvi silah, ya da Xirosima və Naqasakidən sonra ilk nüvə bombası atmaq. Bu sətirləri yazmaq mənim üçün çətindir, hətta bu haqda düşünmək məni incidir. Lakin bu variantın mümkünlüyünə məhəl qoymamaq çox sadəlövhlük olardı", - deyə Fridman izah edib.
Sevinc Tapdıqqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar