Lirə və rublun dəyər itirməsi manata necə təsir edəcək? - AÇIQLAMA

24-03-2022, 19:42   


Lirə və rublun dəyər itirməsi manata necə təsir edəcək? - AÇIQLAMA

Rəsmi Moskva ilə Qərb ölkələri arasında Ukrayna ilə bağlı yaşanan geosiyasi gərginlik Rusiyanın bazarına təsirsiz ötüşmədi.
Belə ki, rubl dollara nisbətən kəskin ucuzlaşıb, türk lirəsi isə dəyərini itirir.
Məlumdur ki, Türkiyə və Azərbaycan Rusiyanın ən yaxın ticarət partnyorudur. Lirə və rublun dəyər itirməsi manata necə təsir edəcək?
Mövzu ilə bağli Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli lirənin və rublun dəyərdən düşmə səbəbləri və iqtisadi şəraitin müxtəlif olduğuna görə Azərbaycana təsirlərinin olacağını bildirib:

"Lirənin dəyərdən düşməsi Azərbaycana Türkiyədən daha çox mal və məhsulların ixracına səbəb olacaq. Azərbaycana daha çox türk malları idxal oluna bilər. Bu isə Azərbaycanda türk mallarının bolluğuna səbəb ola bilər. Statistik məlumatlar da göstərir ki, il başlayandan türk mallarının idxalında artım var".
Ekspert Rusiya ilə bağlı məsələnin fərqli olduğunu deyir:
"Belə ki, rublun dəyərdən düşməsindən sanksyaların təsiri var. Ona görə də ölkələrlə ticarət münasibətlərinin qurulmasında müəyyən əngəllər mövcuddur. Bank köçürmələri, logistik çətinliklər. Rublun dəyərdən düşməsi ümumiyyətlə, Azərbaycan fermerlərin Rusiyaya satdıqları məhsulların rublla qiymət qoymasında problemlər yaradır. Onlar bilmirlər ki, hansı qiymətlə satsınlar. Düşünürəm ki, lirə və rublun dəyər itirməsinin Azərbaycana müxtəlif təsirləri olacaq. Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsində axsamaların olması ehtimalı var. Bunun əvəzinə Türkiyə ilə dövriyyənin artması daha real görünür".
Şəlalə Babayeva
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.