"Rusiyanın açıqlamaları məntiqin zorlanmasının əyani təzahürüdür" - NATİQ CƏFƏRLİ

25-03-2022, 14:02   




"İndi Ukraynanı işğal etsələr, 4 Şərqi Avropa ölkəsi ilə də sərhədi olacaq, nəticədə sərhədində tam 9 NATO ölkəsi olacaq, hanı məntiq?!"
"Rusiyanın açıqlamaları məntiqin zorlanmasının əyani təzahürüdür". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloq hesab edir ki, cəmi 2 nümunə ilə bunu sübut etmək mümkündür: "Birincisi, deyirlər NATO bizim sərhədlərə yaxınlaşırdı deyə Ukraynaya hücum etdik. İndi öz ordusunu Ukraynada NATO sərhədlərinə daha yaxın gətirdilər. Yəni, tutalım, Ukraynanı tam işğal etsələr, Qərbdə 4 NATO ölkəsi ilə yeni sərhədi olacaq. Şimalda 3 Baltikyani ölkə və Norveç, Qara dənizdə isə Türkiyə NATO ölkəsidir. İndi Ukraynanı işğal etsələr, 4 Şərqi Avropa ölkəsi ilə də sərhədi olacaq, nəticədə sərhədində tam 9 NATO ölkəsi olacaq. Hanı məntiq?! İkincisi, Rusiya deyir ki, düşmən ölkələrə mallarımı rubulla, dost ölkələrə isə dollar/avro ilə satacam. Əslində tərsinə olmalı deyildimi?! Altı il öncə Çinlə milli valyutalarla ticarətə keçmək haqqında qərar verdilər, dedilər ki, dost ölkələr milli valyuta ilə ticarət edər, dollardan imtina edər, yəni, müqavilə mətnində belə yazmışdılar, indi tərsini deyir - hanı məntiq?!"
Natiq Cəfərli onu da əlavə edib ki, 6 il əvvəl Rusiya-Çin arasında ticarət dövriyyəsi 78%-ə yaxını dollar idi, indi 49%-ə düşüb: "İndi deyəcəksiz, gördüz, dollardan imtina edirlər, milli valyutaya keçirlər, tələsməyin, sadəcə avro ilə ticarət 30%-i keçib, artan avro olub. Yəni, bu gün 79% ticarətləri avro/dollarla olub, İsveçrə frankı və funt da artıb. 6 il əvvəl hər iki valyuta qarşılıqlı ticarətdə cəmi 4% bu valyutalar var idi, indi 11%-ə yaxındı. Hə, 6 il əvvəllə nisbətən indi milli valyutalarda ticarət dövriyyəsi artıb, 6 il əvvəl 9% idi, indi 10% olub, böyük "artımdır". Bu 10%-in içində 8,5% yuan, 1,5% rubuldur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar