Fərruxdan sonrakı hədəflərimiz bu olacaq – General

29-03-2022, 13:12   




Fərrux ermənilərə psixoloji zərbədir. Həm də ermənilərə bu yaxınlarda digər məsələlərin həlli üçün gələcəyimizə dair bir siqnaldır.
Bu sözləri Axar.az-a Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Fərrux yüksəkliyinin əhəmiyyəti barədə danışarkən deyib.
“Son vaxtlar ermənilər müxtəlif mövqelərdən bizim mövqelərimizi atəşə tuturlar. Əvvəl sərhədimizdə bu qanunsuzluğu edirdilər, indi isə sərhədlərimiz daxilində, Qarabağda rus sülhməramlılarının arxasına sığınıb, əsgərlərimizi atəşə tuturlar. Əlbəttə ki, Azərbaycan buna sonsuzadək səbir nümayiş etdirməyəcək. Bu dəfə Ordumuz artıq 44 gün yox, cəmi bir neçə günə qalan problemi də həll edəcək”, - general bildirib.
Y.Aydəmirov qeyd edib ki, Fərrux kəndi ətrafındakı yüksəkliklərdə möhkəmlənməyimiz düşmənin yeni gərginliklər yaratmasına imkan verməyəcək:
“Fərrux qələbəsi ilə ermənilərə bildirdik ki, silahı yerə qoysunlar, yoxsa gələcəyik! Fərrux yüksəkliyi ilə hər şey bitməyəcək. Fərrux növbəti mərhələnin başlanğıcıdır. Qarşıdakı hədəflərimiz Qarabağda olan bütün qanunsuz silahlıları tərk-silah etməkdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar