Röyaya evlilik təklifi etdilər

25-04-2014, 15:36   

“HEÇ KİMİN İXTİYARI YOXDUR MÜĞƏNNİYƏ SOYUNMA DESİN”
Müğənni Röya Ayxan 106.3 FM-də yayımlanan “Müleyli” şousunun qonağı olub.

Sənətçi Moskvada evlilik təklifi aldığını deyib:

“Moskvada evlilik təklifi almışam. Dörd il bundan əvvəl Moskvada konsert verəndə bir uşaq mənə gül verib, “səni sevirəm” demişdi. Mən də cavab vermişdim ki, get, böyüyəndə gələrsən, evlənərik. O vaxt Anar artıq həyatımda var idi (həyat yoldaşı – red.). Amma mənim hər yerdə başqasına söz verməkdən xoşum gəlir, axı?! İndi konsertdə səhnəyə bir oğlan çıxıb dedi ki, mən böyümüşəm. Yenə onunla evlənməyi təklif etdi”.

Mükafatlardan danışan Röya Azərbaycanda bu sahədə inkişaf olmamasından şikayətlənib. Sənətçi, aparıcı Kazım Sübhanın “Azərbaycanda da Oskar kimi mükafatların verilməyini istərdinmi” sualına belə cavab verib:

“Etsinlər də! Niyə də olmasın? Bizimkilər ancaq pul qazanmaq haqqında düşünürlər. Təzə çıxan müğənnilər var ki, gedib 2 min manat verib mükafat alırlar. Mən elə mərasimlərə getmirəm. Cəmi bir-iki dəfə olmuşam. Onda da eşitdim ki, məndən başqa hamı pul verib”.
Geyimlərdən danışan sənətçi açıq libaslara münasibət bildirb:

"Müğənniyə "soyunma!" deməyə heç kimin ixtiyarı yoxdur. Mən istədiyim kimi geyinirəm, lazım gələndə soyunuram. Diqqət çəkməliyəm, müğənniyəm. Getdiyim toylarda elə əcaib geyinmiş adamlar görürəm ki?! Tanınmış xanımlar var ki, paltarlarına baxanda təəccüblənirəm. Bəzən sosial şəbəkədə yazırlar ki, “anasan, geyiminə fikir ver”. Mən staramsa, nə anayam, nə bacıyam. Mən artıq ulduzam. Ulduzsa istədiyi kimi geyinir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.