Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

MEDVEDÇUKUN VİLLASINDA NƏLƏR AŞKARLANDI? - Qızıldan at heykəli, tarixi sənət əsərləri... + VİDEO

19-04-2022, 17:48   




Ukrayna Daxili İşlər Nazirliyi xüsusi xidmət orqanları tərəfindən həbs olunan Putinin “kirvəsi”, qızının “xaç atası”, Ukraynanın rusiyameylli “5-ci kolon”unun əsas fiquru sayılan və vətənə xəyanət maddəsilə ittiham olunan Viktor Medvedçuka aid hələ tikintisi tam başa çatmayan villanın görüntülərini yayıb.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, DİN başçısının müşaviri Anton Qeraşşenkonun paylaşdığı videoda Medvedçuk ailəsinə məxsus, dəyəri milyonlarla dollarla ölçülən tarixi sənət əsərləri, rəsmlər, qızıldan hazırlanmış heykəllər, qab-qacaq, bahalı geyim əşyaları, şubalar və s. yer alıb.
Videoya şərh verən Qeraşşenko yazıb ki, vaxtilə Ukraynanın xalq tərəfindən qovulmuş prezidenti Viktor Yanukoviçin villasında belə bu qədər qiymətli əşyalar olmayıb.


Xatırladaq ki, Medvedçuk Ukraynanın ən varlı adamlarından biri sayılır. Onun topladığı varidatda Ukrayna xalqından oğurladığı sərvətlərlə yanaşı, Putinlə yaxınlığı sayəsində Rusiyadan qopardığı milyonların da payı var.
“AzPolitika.info”  



 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar