Uzun müddətdir efirdən uzaqlaşmış xalq artisti Zülfiyyə Xanbabayeva haqqında təzə xəbər var.
Xarici səfərdən yenicə qayıdan müğənni istirahətə getdiyini bildirib:
“Xaricə dincəlməyə gedirəm. Ruhum istirahət edir. Həm də orada konsertlərə gedirəm. Çox səviyyəli olur, zövq alıram”.
Efirdə görünməməyinin səbəbini açıqlayan müğənni yaxın günlərdə konsert verəcək:
“Şahmatçı Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçiriləcək turnir çərçivəsində solo konsert verəcəm. Hazırda onun məşqlərini edirəm. Son vaxtlar efirə çıxmıram. Bu aləmdə xoşagəlməz hallar baş verir. Buna görə də öz qabıma çəkilmişəm”.