"Müharibədə uğursuzluq Rusiyanın ehtimal ediləndən daha tez parçalanacağı ilə bağlı ümid yaradıb" - XAQANİ CƏFƏRLİ

12-05-2022, 12:45   




"Belə bir vəziyyətdə "Azad İnqriya" hərəkatı yenidən meydana çıxaraq Sankt-Peterburq və Leninqrad vilayətini əhatə edən müstəqil respublika yaratmaq iddiasını daha ucadan səsləndirməyə başlayıb"
"Azad İnqriya" hərəkatı haqqında bir neçə gün öncəyə qədər heç nə eşitməmişdim. "Azad İnqriya" hərəkatının minimum məqsədi Sankt-Peterburq və Leninqrad vilayətini əhatə edən muxtar respublika yaratmaq, əsas hədəfləri isə müstəqilliyə nail olmaqdır. 1919-1920-ci illərdə mövcud olmuş Şimali İnqriya Respublikasının tərəfdarları hətta sovet hakimiyyəti illərində də gizli şəkildə fəaliyyət göstəriblər. Sovet İttifaqının dağılmasından sonra açıq fəaliyyətə keçiblər. Beləliklə də "Azad İnqriya" hərəkatı yaranıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.
Politoloqun sözlərinə görə, Rusiyada Putin hakimiyyətə gəldikdən sonra "Azad İnqriya" hərəkatı təqib olunmağa başlayıb: "Atroritarizmin güclənməsindən sonra hərəkatın fəallarının bir hissəsi mühacirət edib, digərləri tam gizli fəaliyyətə keçib. Ukraynadakı müharibədə uğursuzluq Rusiya imperiyasının ehtimal ediləndən daha tez parçalanacağı ilə bağlı ümid yaradıb. Ukrayna ordusunun uğurları, Qərbin Rusiyaya qarşı siyasətinin hər ötən gün daha da sərtləşməsi "kiçik şər imperaiyası"nın parçalanması ilə bağlı müzakirələri sürətləndirib. Belə bir vəziyyətdə "Azad İnqriya" hərəkatı yenidən meydana çıxaraq Sankt-Peterburq və Leninqrad vilayətini əhatə edən müstəqil respublika yaratmaq iddiasını daha ucadan səsləndirməyə başlayıb".
Xaqani Cəfərli hesab edir ki, "Azad İnqriya" hərəkatı məqsədinə çatsa yeni dövlətin adı İnqermanlandiya ola bilər: "Bu Rusiyadan fərqliliyə, Finlandiya ilə yaxınlığa işarədir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar