"Nə vaxtsa "pandemiya" adı altında bütün dünyada tədbiq edilən insan haqq və azadlıqlarını kəskin məhdudlaşdıran, mənasız, hətta cənayətkar qərarlara görə qlobal araşdırma aparılacaq və bütün günahkarlar öz cəzasına çatacaqlar"
"İnanıram ki, nə vaxtsa 2020-2021-ci illər ərzində "pandemiya" adı altında bütün dünyada tədbiq edilən insan haqq və azadlıqlarını kəskin məhdudlaşdıran, bilərəkdən ənənəvi iqtisadi münasibətləri, bu münasibətlərdən doğan iqtisadi aktivliyi məhv edən mənasız, məntiqsiz, hətta cənayətkar qərarlara görə qlobal araşdırma aparılacaq və bütün günahkarlar öz cəzasına çatacaqlar". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.
İqtisadçı ekspertin sözlərinə görə, dünya iqtisadiyyatına vurduqları ziyana, bu gün yaranan problemlərə, kəskin inflyasiyaya, ərzaq çatışmazlığına görə qlobal "pandemiya" qərarverənləri mütləq cəzalanmalıdırlar ki, bir daha dünyada bu tipli "faşizimə" bərabər eksperimentlər olmasın: "İndi bütün bəlaları, inflyasiya və ərzaq qıtlığını Rusiyanın işğalçılıq siyasətinin üzərinə atırlar. Təbii ki, Rusiyanın Ukraynaya hücumunun təsirləri var, amma əsas problem bu deyil. Bu gün dünyada qiymət artımının, istehlak qıtlığının, yayılan stressin, virusa görə deyil, məhz qapanmaya, isterik davranışlara görə dünya ölkələrində artan ölüm hallarının əsas səbəbi məhz axmaq "pandemiya" siyasəti oldu. İnsan övladını 21-ci əsrdə quldarlıq dövrünə qaytarmaq istədilər, amma mən həmişə insanların azadlıq eşqinə inanmışam, sivilizasiyanı inkişafa aparan hiss məhz azadlıq hissi, bu dəyər uğrunda aparılan mübarizə olub, bu gün də belədir".
Vazeh BƏHRAMOĞLU,