“Ümumiyyətlə, Azərbaycanla bağlı proqnoz verməyi sevmirəm. Çünki dediklərimi təhrif edirlər, dəyişirlər, hərə bir söz deyir. Çox təəssüf ki, öz doğulduğum torpaqda, Vətənimdə məni sevməyənlər sevənlərdən çoxdur. Ancaq Azərbaycanın hüdudlarından kənarda bu, tam əksinədir, sevənlər çoxdur. Niyə belədir, anlaya bilmirəm”.
Bu sözləri Pravda.az-a tanınmış ekstrasens Zirəddin Rzayev deyib.
Z.Rzayev “Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanacaqmı?” sualına belə cavab verib: “Qarabağla bağlı sülh sazişinin bağlanacağını görürəm. Lakin bu, yaxın müddətdə gerçəkləşməyəcək. Sülh sazişi üçüncü tərəfin iştirakı ilə olacaq. Allahın izni ilə bu addım yavaş-yavaş atılacaq”.
O qeyd edib ki, bəzi özünü ekstrasen adlandıranlar Qarabağda yenidən müharibə olacağı ilə bağlı ictimaiyyətdə qorxu yaradırlar: “Deyirlər ki, bu, hələ müharibənin bitməsi demək deyil. Bu kimi ifadələrlə çıxış edən, sosial şəbəkələrin bəzi özünə hörmət qoymayan "mütəxəssisləri"ndən müsahibə götürürlər ki, Qarabağda yenidən müharibə olacaq. Təbii ki, müharibə ilə alınan torpaqda müharibənin olma ehtimalı var. Amma şəxsən mən bir görücü kimi bunu istisna edirəm. Prezidentimizin uğurlu siyasəntinin tərəfdarıyam. İnanıram və güvənirəm”.