Türkiyə Cümhuriyyəti Başkent Universitetinin qurucusu və Dünya Transplantaloji Dərnəyinin sədri professor doktor Mehmet Haberal Ümumdünya Səhiyyə Təşkilatının yüksək mükafatına layiq görülüb. Mükafat mayın 27-i ÜST-ün mənzil-qəragahı Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının sahiblik etdiyi təntənəli mərasimdə təqdim olunub. Mərasimi giriş sözü ilə açan ÜST-ün Baş Direktoru Tedros Adhonom Qebreyesus, dünya və Türkiyə orqan nəqli iştirakçılarından biri olan proffessor-doktor Mehmet Haberalın dünya tibbinə verdiyi töhfələri bu sahədə göstərdiyi uğur və nailiyyətləri əsas tutaraq bu ada layiq görüldüyünü söyləyib. Onu da qeyd edək ki, Azərbaycanın böyük dostu professor doktor Mehmet Haberalın, iyun ayının 2-dən 4-dək Azərbaycanda keçirilməsi nəzərdə tutulan III Nefrolji Dializ və Transplantaloji Beynəlxalq konqresinə qatılacağı və burada bir çox görüşlərdə iştirakı gözlənilir.