Azərbaycan Dövlət Akademik Filarmoniyasında iyunun 26-sı keçiriləcək "Qarabağ gecəsi" adlı konsertin biletlərinin qiymətləri sosial şəbəkədə müzakirələrə səbəb olub.
Cebhe.info xəbər verir ki, iki hissədən ibarət olan gecənin bilet qiymətləri "iticket.az" saytında 240-330 manat arasında dəyişir.
Xeyriyyə məqsədilə keçiriləcək konsert bir neçə Xalq artisti və Muğam müsabiqəsinin qaliblərinin iştirakı ilə baş tutacaq. Bilet satışından əldə olunan gəlir Qarabağın bərpası istiqamətində görülən işlərə yönəlmək üçün Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Konsertin sonunda rəsmi ziyafət təşkil olunacaqdır.
Rəsmi ziyafətdə iştirak etmək istəyənlər isə 200 manat məbləğində əlavə pul ödəməlidirlər. Lakin rəsmi ziyafətdə qeyd olunan məbləğ dəyərində hansı xidmətin olunacağı göstərilməyib. Xatırladaq ki, ölkəmizdə minimum əmək haqqı 300 manatdır. Konsert Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.
Günay Şahmar
Cebhe.info