Zaurun ATV-dəki yeni verilişi biabırçılıqla başladı

25-04-2014, 15:44   
Zaurun ATV-dəki yeni verilişi biabırçılıqla başladı
“Deyəsən “Ümid var” verilişinin dublikatına maraq göstərən yoxdur”.
“Ümid var” verilişi bağlanandan sonra Zaur yeni verilişə start verib. “Öz aramızda” adlanan veriliş saat 16:30-da başlayır.
Sosial mövzuları əhatə edən verilişin ilk buraxılışında fiasko yaşanıb. Belə ki, studiyada tamaşaçı qismində olduqca az adam əyləşib. Verilişin reklamı getsə də, tamaşaçılar studiyaya gəlməyiblər.
Bu məqam sosial şəbəkə istifadəçilərinin də gözündən yayınmayıb. Tanınmış jurnalist Xanlar Xoca bu hadisəni belə şərh edib:
“Deyəsən “Ümid var” verilişinin dublikatına maraq göstərən yoxdur. Studiyanın hər iki tərəfində oturacaqların yarısı boşdur. Ancaq studiyadan çəpik səsləri gur gəlir. Yəqin çəpik çalmaq lazım olanda operatorlar da qoşulur”.
Xatırladaq ki, Zaurun bundan öncəki verilişi efirə porno görüntülər verdiyi üçün bağlanmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.