Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

28-06-2022, 21:44   




Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar Zaqatala rayon mərkəzi xəstəxanası üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı” dərhal hiss olunur. Bu saytların yazdıqları iddiaları araşdıraraq fərqli mənzərənin şahidi olduq. Beləki, yayılan xəbərlər qətiyyən gərçəyi əks etdirmir. Məsələn sözügedən yazıda adı çəkilən Ömərova Gülnarə 2008-ci ilin noyabr ayından Zaqatala rayon Diaqnostika Mərkəzində insan resursları şöbəsində fəaliyyət göstərib. Daha sonra 2022-ci il tarixinin yanvar ayından Diaqnostika mərkəzi ləğv olunaraq Zaqatala rayon Mərkəzi xəstəxanasına birləşmişdir və Gülnarə xanım həmin vaxtdan fəaliyyətini Zaqatala rayon Mərkəzi Xəstəxanasında davam etdirib. Ömərova Gülnarənin qızı Ömərova Zülfira 2022-ci ilin Yanvar ayında öz ərizəsi ilə işdən azad edilmişdir. Hal-hazırda xəstəxana ilə heç bir əlaqəsi yoxdur.
Yazıda adı çəkilən digər bir şəxs Muradova Xədicə Herov qızı 23.07.1984-cü ildən Zaqatala rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərir, baş tibb bacısı kimi isə 10.01.2022-ci il tarixindən fəaliyyət göstərir. Xədicə Muradovanın Ömərova Gülnarə ilə heç bir qohumluq əlaqəsi yoxdur. Yazılan məlumatlar tamamilə şaiədir.
Xəstəxananın generatoru tam işlək vəziyyətdədir. Aparılan tender işləri isə tam şəffaf xarakter daşıyır.
Reallığa gəldikdə isə bildirək ki, ölkəmizdə yeni, müasir standartlara cavab verən tibb müəssisələri inşa edilir, ən yeni texnoloji avadanlıqlar ölkəmizə gətirilir. Burada önəmli olan məqamlardan biri respublikamızın mərkəzi şəhər və rayonlarının tibb müəssisələri ilə yanaşı, ən ucqar rayonların tibb müəsssisələrinin də kadr potesialı cəhətdən inkişaf etməsi, maddi-texniki bazasının yenilənməsidir.
Maddi-texniki bazası yenilənən, sürətli inkişaf dövrünü yaşayan xəstəxanalardan biri də Zaqatala rayon Mərkəzi Xəstəxanasıdır. Zaqatala Rayon Mərkəzi Xəstəxanası 205 çarpayılıqdır. Burada 200-dən artıq həkim, 600-dən çox orta tibb işçisi çalışır. Rayonda güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olan şəxslərə, müharibə əlillərinə, şəhid ailələrinə, kimsəsizlərə, şəkərli diabeti olanlara, nevroloji xəstələrə ödənişsiz dərmanlar verilir, xəstəxana kollektivi bu cür insanlara həssas yanaşmağa çalışır.  Rayonda yeni doğulmuş uşaqlar haqqında müvafiq məlumatlar internet vasitəsi ilə Səhiyyə Nazirliyinə ötürülür və elektron sağlamlıq kartlarının verilməsi işi sistemli şəkildə davam etdirilir. Xəstəxananın həkimləri və orta tibb işçiləri üçün səhiyyənin aktual məsələlərinə dair müntəzəm seminarlar keçirilir. Bir sözlə Zaqatala rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Əliyevin rəhbərliyi altında müəssisənin peşəkar tibbi kollektivi əhalinin sağlamlığının qorunması istiqamətində öhdələrinə düşən vəzifə borclarını şərəflə yerinə yetirirlər. Müalicə alan xəstələrin razılıq ifadə edən sözləri bunu deməyə əsas verdi ki, insanlara nümunəvi tibbi xidmət göstərilir. Müayinələr, laboratoriya təhlilləri, profilaktik yoxlamalar vaxtlı–vaxtında aparılır. Tibb personalının xoş və nəvazişkar davranışları, hər bir xəstə ilə mülayim rəftarı, ehtiyacı olanların nasazlıqlarının aradan qaldırılmasına göstərilən səylər bunu söyləməyə əsas verir. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Zaqatalada Rayon Mərkəzi Xəstəxanasında əhaliyə həqiqətən də yüksək səviyyədə tibbi xidmətlər göstərilir ki, bu da xəstəxsnanın direktoru Məcid Əliyevin rəhbətliyinin nəticəsidir. Sakinlər xəstəxananın direktoru  Məcid Əliyevdən xüsusilə razılıq edirlər. Onun şəhid ailələrinə və  qazilərə xüsusi diqqət və qayğı ilə yanaşması rayonda hər kəsə bəllidir

Həmçinin məlumatlarda vurğulanır ki, rayonun tibb müəssisələrində hazırda öz peşəsini sevən, müasir biliklərə və təcrübəyə sahib olan həkimlər çalışırlar. Bu sırada direktor  müavini Tamara Nurəliyavanın fədakar fəaliyyəti xüsusi qeyd olunmalıddır. Birmənalı olaraq vurğulamaq lazımdır ki, bu gün Zaqatala RMX-da vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilir.
Xəstəxanaya müasir tibb avadanlıqlarının gətirilməsi xidmətin keyfiyyətinə müsbət təsir edir. Bu baxımdan İtaliyadan gətirilmiş müasir rentgen aparatının əhəmiyyəti çox böyükdür. Bu aparat həm cərrahiyyədə, həm travmatologiyada, həm də ginekologiyada istifadə olunur. Həmin cihaz vasitəsilə əməliyyatlara da nəzarət etmək olur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.