Bakıda 24 yaşlı qadın intihara cəhd edib.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qara Qarayev prospekti 31 A ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Günel Rasim qızı Musayeva intihar etmək məqsədilə özünü binanın damından aşağı atmaq istəyib.
Polis əməkdaşları G. Musayevanı fikrindən daşındırıb.
Polisdən G. Musayevanın intihara cəhd etməsinə əri ilə aralarında yaranmış şəxsi problemlərinin səbəb olduğu bildirilib.