Türkiyənin Adana şəhərinin Bələdiyyə evləri məhəlləsində yaşayan 70 yaşlı Hilmi E. 50 illik arvadı Könül E-nin üzünə qaynar yağ töküb.
Türkiyə mətbuatı xəbər verir ki, o bu hərəkəti arvadı kartof qızartmadığına görə edib.
Belə ki, hadisədən öncəki axşam 70 yaşlı kişi arvadından kartof qızartmasını istəyib, arvadı onun istəyini yerinə yetirmədiyinə görə isə onunla dalaşıb və sonra yatıb.
Hirsi soyumayan ər səhər tezdən qalxaraq tavaya qoyduğu yağı qızdıraraq yatan arvadının üzünə töküb.
Qaynar yağın ağrısından qışqıran qadının harayına qonşuları gəlib.
Qonşular təcili yardım çağırıb və polisə xəbər veriblər. 70 yaşlı kişi isə dördüncü mərtəbədəki evinin eyvanından özünü atıb və yerindəcə ölüb.
Məlumata görə, 70 yaşlı kişi bir müddət əvvəl psixoloji problemlər səbəbindən Ruhi xəstəxanada müalicə alıb.
O, ötən il arvadı yatarkən onun başına çəkiclə vuraraq ağır yaralayıb, amma ruhi vəziyyəti normal olmadığına görə cəza almayıb.