Bir qrup əcnəbi alim insan ruhunun tədqiqi zamanı inanılmaz kəşfə imza atıb.
Mütəxəssislər sübut ediblər ki, kvant cazibəsi sayəsində insan ruhu ölümdən sonra universal məlumat anbarına göndərilir.
1996-cı ildə başlayan tədqiqatlarda müxtəlif fəaliyyət sahələrindən olan mütəxəssislər iştirak ediblər: fiziklər, riyaziyyatçılar və psixoloqlar. Alimlər birlikdə insan ruhunun mövcudluğunun və inkişafının mümkünlüyünü öyrəniblər.
Məlum olub ki, onun yeri canlının beynindəki mikrotubullardır. Tədqiqatçılar əmindirlər ki, məhz həmin yerdə insanın keçmiş həyatı və reenkarnasyonlarının sayı haqqında məlumatlar var.
Klinik ölümün baş verdiyi anda insan beyni fəaliyyətini itirir, lakin ruh "məlumat bazası" ilə birlikdə vacib məlumatları qoruyaraq mövcud olmağa davam edir.
Bunun sayəsində insan "dirilmə" adlanan bir çox hadisədən sonra daha əvvəl başına gələnləri xatırlamaq imkanı əldə edir.
Xəzər
Cebhe.info