Süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılır.
Abşeron rayonunun Masazır qəsəbəsində iki qeyri qanuni fəaliyyət göstərən toyuq kəsimi sexində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt regional idaresinin əməkdaşları tərəfindən reyd keçirilib.
Toyuq kəsimi ilə qeyri-qanuni məşğul olan təsərrüfat obyektlərində ciddi nöqsanlar aşkar edilib.
Qeyri-qanuni fəaliyyət göstərən və toyuq kəsimi ilə məşğul olan fərdi təsərrüfat obyektləri barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayit Regional idaresinə məlumat daxil olub. Daxil olmuş məlumata əsasən Xidmətin əməkdaşları tərəfindən Masazır qəsəbəsində üzərində mənzilin nömrəsi qeyd olunmayan iki ünvanda, toyuq kəsimi ilə məşğul olan vətəndaş Anar Resulov və Fuzuli Haciyevin təsərrüfat obyektlərində reydlər aparıldı.
Həmin obyektlərdə antisanitar vəziyyətin mövcud olduğu, heç bir gigiyenik norma və qaydalara əməl olunmadığı, mənşəyi bilinməyən süni boyaq maddələrindən istifadə edilərək toyuq ətinin rənginin saraldılması faktları aşkar edildi. Melum oldu ki, həmin sexslər tərəfindən istehlakçılar aldadılaraq həmin məhsulların kənd toyuğu adı altında satışa çıxarılıb.
Hətta təsərrüfat sahibi olan Anar Resulovda qanunsuz fəaliyyət göstərməsi bir yana özünü haqlı çıxarmağa da cəhd edərək çəkilişə də etiraz edib.
Aşkar edilmiş faktlar insan həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə ziyan vurma təhlükəsi yaratdığına görə, həmin fərdi təsərrüfat obyektlərinə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hemin obyektlərin fealiyyəti dayandırılıb və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilib.
[media=http://www.youtube.com/watch?v=PMPmV6wIaV0]