Üçüncü Dünya müharibəsi başlayır?

17-04-2014, 08:50   
Üçüncü Dünya müharibəsi başlayır?
“Yeni dünya müharibəsi başlasa, bu, Rusiya üçün dəhşətli fəlakətlər yaradacaq”. Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, rusların Ukraynanın cənub vilayətləri ilə kifayətlənməyəcəyini bildirib: “Ruslar Ukraynanın cənubu ilə kifayətlənməyəcək. Daha dərinə doğru irəliləməyə çalışacaqlar. Ukraynanın da hərbi potensialı zəif deyil. Ən azından, rus ordusunun hücumunu dayandırmağa yetərlidir. Üstəlik də Qərbdən Ukraynaya partizan müharibəsi aparmağa qadir olan diversant qruplar gəlib. Bu muzdlu qüvvələr böyük zərbələr endirmək qabiliyyətinə malikdirlər. Əgər Qərb görsə ki, Rusiya Ukraynanı üstələyir və Avropanın bəzi ölkələri üçün müəyyən təhlükə yaranır, o zaman Amerikanın, eləcə də NATO-nun prosesə qatılması labüd olur”.
Politoloq yeni dünya müharibəsinin Rusiyanın müstəqilliyini sual altına alacağını bildirib: “Prosesə qatılacağı təqdirdə NATO-nun hərbi üstünlüyü şəksizdir. Rusiya bu üstünlüyü aradan qaldırmaq üçün nüvə silahına əl atacaq. Bu günlərdə onlar yeni modern raketlərini nümayiş etdirdilər. Məsələ burasındadır ki, ballistik raketlərin texnologiyası ABŞ-ın malik olduğu səviyyəyə çata bilməz. Rus ballistik raketlərinin NATO-nun raket qalxanını yarıb keçmə imkanları çox zəifdir. Qərb təhlilçiləri 100 raketdən yalnız birinin o qalxanı yarıb keçmək qabiliyyətinə malik olduğunu deyirlər. Qalanları Rusiya ərazisində partlayacaq. Bu cəhətdən mən bilmirəm ruslar nəyə arxayındır. Əgər yeni dünya müharibəsi başlasa, bu, Rusiyanın özü üçün dəhşətli fəlakətlər yaradacaq. Rusiyanın bir dövlət kimi mövcudluğu da sual altına düşəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar