Rusiyanı tərk edən müğənni Alla Puqaçova Qryaz kəndindəki qəsrini sürücüsü İqor Polşkova bağışlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” cütlüyün yaxın ətrafına istinadən məlumat yayıb.
Sürücünün 30 ildən artıq Puqaçova ilə işlədiyi qeyd edilir. Nəşrin məlumatına görə, Polşkov müğənninin mərhum qardaşının nəvəsinə də qulluq edib. Və Puqaçova uşaqları ilə ölkədən gedəndə onu hava limanına qədər müşayiət edib.
Rieltorlar əmlakı 1 milyard rubl dəyərində qiymətləndiriblər. 6 mərtəbəli qəsrdə hovuz, səhnəli ailə teatrı, qonaq evi, yardımçı otaqlar və yeraltı dayanacaq da var. Onun ümumi sahəsi 2,3 min kvadratmetrə çatır, torpaq sahəsi isə 1 hektardır.
Puqaçova bir müddət əvvəl İsraildə olduğunu açıqlayıb, dinləyicilərinə dəstəyə görə təşəkkür edib və onlar üçün dua edəcəyinə söz verib.